"Buçadakı insanlar "aktyor"dur" - Rusiya KİV

Rusiyanın Ukraynanı işğalı davam edərkən Buça şəhərindən gələn dəhşətli görüntülər bütün dünyanı ayağa qaldırıb. Dünyanın hər yerindən bu görüntülərə reaksiyalar artarkən, Rusiya mətbuatı Buça küçələrində çəkilən görüntülərdəki şəxslərin aktyor və baş verənlərin '"böyük istehsal" əsəri olduğunu iddia edib. 

Sabahinfo.az xəbər verir ki, sübutlar qarşısında Rusiya dövlətinin nəzarətində olan media ictimaiyyəti aldatmaq üçün yeni yalanlara əl atmağa başlayıb. “Rossiya-1” kanalında yayımlanan xəbər də  bu yalanın bir nümunəsi  olub.

Belə  ki, "Rusiya-1" kanalında danışan rusiyalı müxbir Buçadakı təqiblərlə bağlı inanılmaz açıqlamalar verib.

Müxbirin sözlərinə görə, “Kadrlarda ağ sarğıya sarılı çoxlu meyitlər küçələrdə görünür. Bu nə deməkdir? Rus qoşunları Buçanı tərk etdikdən sonra onların “azad edənlər” gəlib öz vətəndaşlarını öldürdülər. Ukraynalılar bu insanlardan öz təbliğatlarını aparmaq üçün istifadə edirdilər. Bu, Kiyev administrasiyasının nümayiş etdirdiyi adamyeyənliyin ən böyük nümunəsidir. Baxın, çoxlu insanlar hərəkət edir. Bu o deməkdir ki, aktyorlar da çəkilişdə iştirak edirlər”, - deyib. 

Görüntülər sosial mediada yayıldıqdan sonra böyük reaksiyaya səbəb olub.