“Buna yol verməyin adı yumşaq desək, ləyaqətsizlikdir" - Deputat

“Biz bəzən sosial şəbəkədə haylara işləyən manqurtların azad olunan torpaqlarımızdakı quruculuq prosesini gözdən salmaq üçün bəzi xırda nöqsanlardan necə faydalanmağa çalışdıqlarını görürük”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib. Deputat bildirib ki, sayseçmə oğullarımızın canları, qanları bahasına azad edilən torpaqlarda çalışan şirkət rəhbərlərindən tutmuş fəhləyədək heç kim işinə səhlənkar yanaşmalı deyil:

“Buna yol verməyin adı yumşaq desək, ləyaqətsizlikdir. Ümumiyyətlə, vətənpərvərlik kimi bizdə yüsək əmək mədəniyyətinin təbliğinə böyük ehtiyac var. Öz işini ləyaqətlə yerinə yetirmək ən gözəl vətənpərvərlikdir".