"Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

"Qarabağda antiterror tədbirlərinin baş verəcəyi gözlənilən idi".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Sabahın xeyr, Azərbaycan!" verilişində deyib. Müğənni Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirlərindən danışıb: 

“2020-ci ildə Azərbaycan Ordusunun o parlaq qələbəsindən sonra məhz Azərbaycan barışıq yolunu və beş prinsipi təklif etdi. Görürsünüz ki, bu üç il ərzində Ermənistan bunlara məhəl qoymadı. Bu baxımdan antiterror tədbirləri olmalı idi. Mən Azərbaycan ordusu, zabitləri və əsgərləri ilə fəxr edirəm. Ali Baş Komandanımız İlham Əliyev cənablarına bir Azərbaycan vətəndaşı kimi çox minnətdaram. Milli qeyrət hissimizi yenidən partlatdı. Eşq olsun, Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!".