Uzunömürlü, sağlam və mənalı yaşamaq üçün üz tutacağınız yeganə klinika - “Bioloji təbabət”

Ekoloji çirklənmə, qeyri-düzgün qidalanma, həyat keyfiyyətinin və iş rejiminin getdikcə pisləşməsi xəstəliklərin meydana çıxma riskini artırır. Təbabətin sürətlə inkişaf etməsinə baxmayaraq, xroniki xəstəliklərdən əziyyət çəkən insanların sayı durmadan artır və müasir təbabət bu xəstəlikləri müalicə edə bilmir.

Elə buna görədir ki, bu gün bir çox insanlar maddələr mübadiləsi, sinir sistemi, immun sistemi xəstəlikləri, zəmanəmizin bəlası olan "xərçəng” xəstəliyindən əziyyət çəkirlər.

İnsan orqanizmi bir çox problemləri aradan qaldırmaq üçün kifayət qədər potensiala malikdir, amma bəzən bunu edə bilməməsi onun hansısa maneə ilə rastlaşmasıdır.

Bunlar: kimyəvi və ya sintetik dərman preparatları, ətraf mühitin zərərli amilləri, o cümlədən, stress, zərərli qida məhsulları, viruslar, göbələklər, bakteriyalar və digər zərərli vərdişlərdir ki, buna da homotoksinlər deyilir. Homotoksinlərin orqanizmə daxil olmaması üçün orqanizmin özünümüdafiə və özünübərpa gücü olmalıdır.

Bu gücə sahib olmaq və onu orqanizmdə inkişaf etdirmək yalnız təbii preparatlar (tərkibində bitki, heyvan mənşəli komponentlər, göbələklər, təbii minerallar, katalizatorlar, canlı və zəiflədilmiş mikroorqanizmlər) vasitəsilə mümkündür. Bu elmi prinsiplər də bioloji təbabət adlanır.

Bioloji təbabətdə təbii preparatlarla yanaşı, müxtəlif bioloji müalicə üsullarından da istifadə edilir:

-          Biotənzimləyici terapiya Osteopatiya

-          Mikrobioloji terapiya Nevral terapiya

-          İzopatik terapiya Mezoterapiya

-          Turşu-qələvi balansının tənzimlənməsi Ortomolekulyar terapiya

-          Homeosiniatriya Bütöv stomatologiya

-          Autohemoterapiya

Adı çəkilən müalicə üsulları 2009-cu ildən Bakıda fəaliyyət göstərən və bioloji təbabətin elmi prinsiplərinə söykənən "Bioloji təbabət” klinikasında uğurla tətbiq olunur. Klinikada Almaniyada təşkil olunan Beynəlxalq Homotoksikologiya kurslarını bitirmiş, İsveçrə, İtaliya, Belçikadan olan aparıcı mütəxəssislərin təhsil proqramları üzrə təkmilləşmiş həkimlər fəaliyyət göstərir. Bundan başqa, hər həftənin şənbə günləri klinikaya adıçəkilən ölkələrdən mütəxəssislər də dəvət olunur.

Dünyanın Almaniya, Kolumbiya, İsveçrə və digər inkişaf etmiş ölkələrində fəaliyyət göstərən "Bioloji təbəbət” klinikalarının sırasına postsovet məkanında yeganə olaraq, Azərbaycanda rast gəlmək mümkündür.

Araşdırmamız nəticəsində aydın olur ki, bu klinikada xüsusilə xroniki xəstəliklər çox uğurla müalicə olunur. Siz asanlıqla onurğa yırtığı xəstəliyi, hormonal pozulmalar, psoriaz, artroz, qırmızı qurd eşənəyi, trofiki və diabetik xoralar, başlanmış qanqrena kimi xəstəliklərdən təbii preparatlardan kiçik doza istifadə edilməklə, birdəfəlik azad ola bilərsiniz.

"Əhalimizə yüksək səviyyədə tibbi xidmət göstərən "Bioloji təbabət” klinikasında müalicə üçün istifadə olunan dərman preparatlarının heç bir əlavə təsiri yoxdur”. Bunu klinikanın Azərbaycanda yaradıcısı və təsisçi direktoru Elxan Yaqubov deyir. Onun sözlərinə görə, klinikada nə dövlət, nə də digər özəl xəstəxanalarda rast gəlinməyəcək tibbi avadanlıqlar var:

"Həkimə xəstənin daxilindəki xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu aparatlar vasitəsilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Odur ki, klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirmişik. Yüksək səviyyəli laboratoriya yaratmışıq. Bizdə elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli mikroskopda analiz etməklə, orqanizmdə olan bir çox xəstəliklər haqda məlumat ala bilirik. Hansı ki, Azərbaycanda heç bir başqa laboratoriya bu məlumatları almaq mümkün deyil”

Картинки по запросу bioloji tebabet klinikasi

Klinika açılan gündən orada çalışan Əli Əlizadə də bir çox xəstələri ağır xəstəliklərdən qurtardığını və bunu sadəcə bitki, heyvan mənşəli preparatların köməyi ilə etdiyini deyir:

"7 ildən çoxdur ki, bu sahədə təcrübəm var. Başqa klinikaların "sağalmaz” dedikləri bir çox xəstəlikləri müalicə etmişəm. Mənə daha çox ağır xəstələr müraciət edirlər. Amma onların da ümidi puç olmur. Bioloji təbabət üsulu ilə, deyə bilərəm ki, sağalmaz xəstəlik yoxdur”.

Yazılanlardan aydın olur ki, "Bioloji təbabət” klinikasının əsas məqsədi tibb sahəsində əhalimizə yüksək səviyyədə xidmət göstərməkdir. Artıq böyük pullar xərcləyib xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur. Uzunömürlü, sağlam və mənalı yaşamaq hər kəsin öz əlindədir. Odur ki, sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, təbii preparatlarla müalicə aparılan "Bioloji təbabət”ə tələsin!

 

N.C