Xalq artisti Hikmət Rəhimovu təhqir etdi

Bu yaxınlarda Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verdi. Tanınmış aktyor gənc aktyor Hikmət Rəhimovun "Azdrama”dan çıxarılmasına etiraz olaraq bu addımı atdı. 

 

Kulis.Az-ın məsələ ilə bağlı rəy aldığı Xalq artisti Ramiz Məlik Azər Paşa Nemətov ilə Fuad Poladovun münasibətləri qaydasında olduğunu bildirib: "Bütün bunları eləyən o dələduz Hikmət Rəhimovdur. O Hikmət ki Mehdi müəllimin (Rejissor Mehdi Məmmədov-red)  oğlunu döymüşdü. İşi polisə düşüb indi. Çıxsın desin də bunları. Kişidir, desin hamısını. Desin, mən tərbiyəsizəm, dələduzam. Onun ayağı YUĞ teatrına dəyən kimi başladı bu həngamə. Hegemonluq eləyirdirlər. İsrafil İsrafilov da buna şərait yaradırdı.”