Xırdalanda kütləvi dava: 3 nəfəri qanına qəltan etdi

Abşeron rayonunun Xırdalan şəhərində kütləvi dava olub.

Hüquq mühafizə orqanlarından Bakupost.az-a verilən məlumata görə, şəhərin Heydər Əliyev prospektində yerləşən "Sultan” kafesində baş verən dava nəticəsində 3 nəfər bıçaqlanıb.

Belə ki, kafedə baş vermiş münaqişə nəticəsində burada işləyən Elvin adlı şəxs Salyan rayon sakinləri, 1991-ci il təvəllüdlü Nağıyev Orxan Mahir oğlu, 1988-ci il təvəllüdlü Nağıyev Rauf Mahir oğlu və 1988-ci il təvəllüdlü Alışov Rəşad Şəkər oğlunu müxtəlif yerlərindən bıçaqlayıb.

Yaralılar dərhal Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.