Zaurdan Səidəyə qadağa - Səni canlı yayıma buraxmaq olmaz

Müğənni Səidə Sultan "5/5" verilişinin qonağı olub.

sabahinfo.az axşam.az-a istinadən bildirir ki, ifaçı, aparıcı Zaur Kamalın "Evdə qalmısan, alan yoxdur. Efir güzgüdür, baxıb tamaşa edib, ona görə almırlar" sözlərinə belə cavab verib:

"Zaur, ifritəsən. Sakit oğlandan mənim ürəyim sıxılar. Ehtiyacım yoxdur, məni kimsə efirdən bəyənib alsın. Məni alan özümü bəyənsin. Vacib deyil efirdə başqa cür olum ki, "ay birdən heç kəs bəyənməz". Nəyəm oyam. Alan belə alsın".

Z.Kamal "Azərbaycanda 3 müğənni var ki, onları canlı yayıma çağırmaq olmaz. Biri də sənsən. Sənə görə verilişi efirə 1 dəqiqə gec veririk" deyə, əlavə edib.