Cavanşir Feyziyev "Əsas məsələ" verilişində qonaq olub

"Dünyanın bəzi ölkələrində müxtəlif siyasi məqsədlərlə fəaliyyət göstərən, müxtəlif qrup maraqlarına xidmət edən terror qruplaşmaları var. Dövlətlər və cəmiyyətlər onlara qarşı mübarizə aparır və demək olar ki, gec və ya tez onları zərərsizləşdirir. O ölkələrdən fərqli olaraq Ermənistanda terrorçuluq fəaliyyəti ayrı-ayrı qruplaşmalar tərəfindən yox, məhz dövlətin özü tərəfindən aparılır, yəni Ermənistanda terrorçuluq dövlət siyasətinin tərkib hissəsidir. Ona görə də erməni terrorizmi daha uzun ömürlüdür. Azərbaycanın bölgəmizdəki missiyalarından biri erməni terrorizminin kökünü kəsməkdir". Bu fikiri millət vəkili Cavanşir Feyziyev AzTV- də yayımlanan "Əsas məsələ" verilişində səsləndirib.

https://www.youtube.com/watch?v=E_o2mJIcRGs&fbclid=IwAR1Acd1bdTL8vag6qGlY0BK5-nvJAaCxtQLYn_Yy_9K_IXNYou2p6cbAoog