Cavanşir Paşazadə: "Azərbaycanın inkişaf səlnaməsində İlham Əliyevin rolu böyükdür"

Millət vəkili Cavanşir Paşazadə SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində Azərbaycanın son 18 ildə keçdiyi uğurlu yoldan, 2022-ci ilin dövlət büdcəsi və bid sıra məqamlara toxunub.

-Cavanşir müəllim müsahibə üçün bizə vaxt ayırdığınıza görə sizə dərin təşəkkür edirik. Azərbaycanın son 18 illik inkişafı bir çox aspektlərdən fərqlənir. Bir millət vəkili kimi bu inkişafı necə səciyyələndirərdiniz?

-Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar davamlı və vətəndaşların hər birini əhatəedəcək qədər genişdir. Dekabr ayında Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlarla müəllimlərin, Daxili İşlər Nazirliyi əməkdaşlarının, Fövqaladə Hallar Nazirliyinin əmək haqqları eləcədə təqaüdçülərin təqaüdləri artırıldı. Bu artıq ənənə halını alıb. Cənab prezident hər il bu kimi sərəncamlar imzalayır və sərəncamdan irəli gələrək vətəndaşların sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Ümumilikdə son 18 ilə nəzərə salanda açıq-aydın görürük ki, Azərbaycan durmadan inkişaf edir. Həm sosial problemlərin həlli, həm iqtisadi qüvrətimizin inkişafı, həm beynəlxalq müstəvidə Azərbaycanın söz sahibi olması inkişafdan xəbər verir. Biz bu yaxınlarda 2022-ci ilin dövlət büdcəsi haqqında sənədi qəbul elədik. Elə bu sənəd inkişafımızı təzahür edən ən dolğun sənnədir. Belə ki, qəbul olunan büdcə müstəqillik tariximizin həcm və valtuya baxımdan ən böyük büdcəsidir. Büdcə xərclərində isə təbii ki, işğaldan azad olunan ərazilərin abadlaşdırılması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması istiqamətində layihələrin reallaşması, sosial layihələrə ayırmalar, hərbi xərclər əsas yer tutur. Bütün bunların fonunda Azərbaycanın son 18 illik inkişafını olduqca yüksək qiymətləndirirəm. Belə ki. cənab prezidentin rəhbərliyi altında bizim 30 illik həsrətimizə son qoyuldu. Müzəffər Ordumuz, Ali Baş Komandanın rliyi altında bizə qələbə sevincini yaşatdı. Biz bu günü səbirsizliklə gözləyirdik və inanırdıq ki. o gün uzaqda deyil. Şükürlər olsun ki, üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında dalğalanır. Azərbaycanın inkişaf səlnaməsində Cənab Prezident İlham Əliyevin rolu böyükdür. Bu danılmaz faktdır. 
Cənab prezidentin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, qaz ixracatçısı kimi Avropanın mavi qaza olan tələbatının ödənilməsində ciddi addımlar atır. Ötən günlərdə Brüsselə səfər edən Prezident orada keçirdiyi görüşlərdə bu məsələyə toxundu. Nəzərə alsaq ki, hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsas amildir, bu halda uğurlarımızın önəmi daha aydın görünür. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Mən fürsətdən istifadə edib sizin sayt vasitəsi ilə dövlət başçısı Cənab İlham Əliyevi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ömrünü xalqına, millətinə dövlətinə həsr edən İlham Əliyev ömrünün 60-cı baharında hər bir azərbaycanılının qəlbində taxt qurub. Mən deyərdim ki, düyna liderləri arasında Prezident İlham Əliyev kimi hər zaman xalqını, millətini düşünən ikinci bir lider yoxdur.

-Cavanşir müəllim gələn ilin dövlət büdcəsi ilə bağlı fikir bildirdiniz. Siz necə düşünürsünüz büdcəmiz gələcək il üçün hansı perspektivləri vəd edir?

- Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoyub. Bildiyiniz kimi ötən il pandemiya, post-müharibə dövrü, dünyada baş verən iqtisadi proseslər yeni situasiya yaradıb. Yaranan yeni situasiyada iqtisadiyyatımız durmadan inkişaf edir. Yuxarıda qeyd etdim ki, gələn ilin dövlət büdcəsi həcm baxımdan müstəqillik illərimizin ən iri həcmli büdcəsidir. Burada prioritet xərclər işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır. Hazırda mənfur düşmənin uzun illər ərzində viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, qaz, su təchizatı və kənd təsərrüfatı infrastrukturları qurulur, tarixi, mədəni, dini irsimiz bərpa olunur, beynəlxalq hava limanları tikilir. Böyük qayıdışın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işləri ilə ölkə iqtisadiyyatına reinteqrasiyası, bununla əlaqədar dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin gücləndirilməsi məsələsi Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair cari ilin fevral ayında müəyyən etdiyi 5 illik inkişaf prioritetlərindən biridir. 2022-ci ilin dövlət büdcəsinin layihəsi bu prioritetlər nəzərə alınmaqla və İqtisadiyyat Nazirliyinin hazırladığı müvafiq sənədlərdəki makroiqtisadi göstəricilər əsas götürülməklə tərtib edilib. Büdcə layihəsi dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın dəstəklənməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, Zəfərdən sonra Qarabağ və Şərqi-Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması və onların həyat şəraitinin bərpası, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün əhəmiyyətli maliyyə təminatı nəzərdə tutulub. 2022-ci ildə bu məqsədlər üçün büdcədən 2,2 milyard manat vəsaitin ayrılması qərara alınıbdır.

-Son olaraq regionda yeni formalaşmış siyasi mühit barəsində nə deyə bilərsiniz?
 

-Bu gün regionda yeni ab-hava mövcuddur. Bu Zəngəzur dəhlizinin açılması, beynəlxalq nəqliyyat loqistikasında yeni imkanların yaradılmasıdır. Azərbaycanla yanaşı Türkiyə eləcədə digər dövlətlərin Zəngəzur dəhlizinin açılmasında maraqlı olması təkcə ölkəmiz üçün deyil ümumilikdə region üçün perspektiv vəd edir. Bu baxımdan işğalçı ölkənin Soçidə, Brüsseldə , cəbhədə uduzduğu kimi siyasi masada da uduzub bu dəhlizin açılması üçün öz öhdəsinə düşən vəzifələrin tezliklə həll edəcəyinə inanırıq.  

Ədil Ədilzadə