Deputat Cəbi Quliyev gənclərlə görüşüb

Milli Məclisin deputatı Cəbi Quliyev Ordubad rayonundan olan gənclərlə görüşüb. Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən görüşdə Bakı şəhərində yerləşən ali təhsil müəssəsələrində təhsil alan gənclər iştirak edib. Deputat gənclərlə fikir mübadiləsi aparıb. Görüşdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən söhbət açılıb. Eyni zamanda xaricdə təhsil imkanları və hazırda gənclərimizin bu sahəyə olan marağından danışılıb.