Ceyhun Bayramov: Azərbaycan, Türkiyə və Gürcüstan əsl körpü qurucuları kimi çıxış edir

Azərbaycan, Türkiyə və Gürcüstan kritik, etibarlı və davamlı tərəfdaşlar kimi əsl körpü qurucuları kimi çıxış edir.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə keçirilən görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bugünkü üçtərəfli görüş təsadüfi deyil və vacib təşəbbüsdür: "Əminəm ki, bugünkü inteqrasiyamız bilavasitə əvvəlki öhdəliklərimizin həyata keçirilməsi istiqamətində görülən işlərin miqyasına yönələcək, eyni zamanda ikitərəfli əməkdaşlıqların daha da inkişaf etdirilməsini təmin edəcəkdir".