Daha 23 ailə Füzuliyə yola salındı

Bu gün daha 23 ailə Füzuli şəhərinə yola salınıb.

Sabahinfo.az xəbər verir ki, 89 nəfərdən ibarət 23 ailənin bu gün doğma şəhərinə qayıdışı təşkil edilib.

Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.