Daha bir tələbə ürəktutmadan vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib.

Sabahinfo.az xəbər verir ki, universitetin Biznes və Menecment fakültəsinin 4-cü kurs tələbəsi Elmin Rzayev ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, oktyabrın 16-da AzTU-nun 1-ci kurs tələbəsi Bəxtiyar Paşayev, oktyabrın 23-də isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sahil Abbaslı ürəktutmadan vəfat edib.