Daxili işlər naziri İsmayıllıda qəbul keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. 

Sabahinfo.az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.