Mayın 1-dən “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial siyasətdə ictimai təşəbbüslər” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi dövlətin həyata keçirdiyi sosial siyasətin vətəndaşlar arasında təbliği, bu yöndə ictimai rolun artırılmasından ibarətdir.
Sosial siyasətin ölkə vətəndaşlarının (qayğıya ehtiyacı olan insanlara) pensiya, müavinət və özünəməşğulluq proqramları vasitəsi ilə bir çox vətəndaşların problemi həlli istiqamətində sosial xidmət göstəriləcək. Layihənin icrası nəzərdə tutulan 3 ayda Bakı şəhərində 3 dəfə, Səbail rayonunda 2 dəfə umumilikdə 5 dəfə vətəndaşlarla görüşlər keçiriləcək. Qeyd olunan sosial siyasət sahəsində vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardım üzrə elektron sistemin qurulmasının nəticəsində layihənin həyata keçirilməsi vətəndaşların sosial siyasət barəsində daha geniş məlumat əldə etməsi, vətəndaşları sosial sahədə maarifləndirmə fərdi şəkildə müraciətləri aidiyyatı qurumlara göndəriləcək.
İB-in sədri Hicran Əliməmmədova bildirib ki, həyata keçirilən layihənin ideyası, hökümətin həyata keçirdiyi sosial siyasətdə, ictimai rolun artırılmasından ibarətdir. Məlum olduğu kimi, Azərbaycan dövlətini prioritet hesab etdiyi sahələrdən biri də, sosial sahədir. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur, dəstək layihələri həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-i tərəfindən həyata keçiriləcək “Sosial siyasətdə ictimai təşəbbüslər” layihəsinin icrası 3 ay müddətində (01.05.2025-31.07.2025) nəzərdə tutulub.