"Delimitasiya komissiyalarının növbəti iclası yanvarda baş tutacaq" - Qriqoryan

"Azərbaycan və  Ermənistan arasıbda delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq". 

Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “Azadlıq” radiousunun Ermənistan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, iclasda ilkin razılaşmalara uyğun olaraq, əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya görüşlər keçirir.