Dəniz Səki xəstəxanaya yerləşdirildi

Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş müğənni Dəniz Səki xəstəxanadadır.  Axşam.az "Posta”ya istinadən xəbər verir ki, Ədliyyə Tibb Qurumu və məhkəmənin qərarı ilə ifaçı əməliyyat olunmaq üçün dövlət xəstəxanalarının birinə yerləşdirilib. 
Qeyd edək ki, onkoloji xəstəlikləri olan D.Səki müayinə və müalicələrdən sonra əməliyyat olunacaq. Sənətçinin xəstəxanada qalacağı müddət və əməliyyat tarixi barədə açıqlama verilmir.