Deputat "exchange"lərin artırılmasını istəyir

“Bu gün Azərbaycanda dövlət bankından başqa 40-a yaxın özəl banklar fəaliyyət göstərir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 15 noyabr tarixli iclasında deputat Siyavuş Novruzov deyib.

“Biri bir faizlə digəri başqa faizlə verməklə rəqabət yarada bilərlər. Bu gün vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olmaq üçün aldıqları kredit faizi çoxdur, 14%-dir. Bunu götürüb qaytarmaq çətindir. Bunu qaytarmaq üçün ancaq faizə işləməlidir. Birinci məsələ bankların faiz dərəcəsinin aşağı salınması olmalıdır. Kreditlər bütün vətəndaşlar üçün əlçatan olmalıdır ki, kiçik biznes və orta sahibkarlıq inkişaf etsin. Digər məsələ bankların xarici banklarla əməkdaşlıq səviyyəsidir. Bu gün əməkdaşlıq 0 səviyyəsindədir. Pul dəyişmə məntəqələrinin sayı artmalı, həftəsonu da işləməlidir. Azdır deyə vətəndaşlar çətinlik çəkir. Rayonlarfa isə pullar əldə dəyişdirilir, bu da dövlətə heç bir xeyir vermir. Bank sistemi ölkənin qan damar sistemidir. Hesab edirəm ki, bu sistemi diqqətə alacayıq”./bakivaxtı.az