Deputat: “Fərid bizim ailədən 5-ci şəhiddir” - VİDEO

“Fərid bizim ailədən 5-ci şəhiddir”.

Adalet.az xəbər verir ki, bunu Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində şəhid olan DSX zabiti Möhbalı Fəridin yaxın qohumu, Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyev İctimai TV-yə açıqlamasında deyib.

“Fərid vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda şəhid olub. Fərid bizim ailədən 5-ci şəhiddir. O, 44 günlük Vətən müharibəsində də iştirak edib”, - deputat bildirib.