Deputat Milli Məclisdə məsələ qaldırdı

(Millət vəkili Aydın Hüseynovun Milli Məclisin bugünkü-17 iyun tarixli novbədənkənar iclasında çıxısı-olduğu kimi)
Müzakirə etdiyimiz qanun layihələri hamısı vacibdir, lazımlıdır əhalinin sağlamlığına yönəlir. Bu gün səhiyyə işçilərinin günüdür. Təbrik edirik. Eyni zamanda bu gün Milli Məclis Aparatından mənə seçicinin ünvanladığı məktub da daxil olubdur və elə bu da səhiyyəyə aiddir. Onu da deyim ki, Milli Məclis Aparatı tərəfindən ünvanlanan bu məktub bir vərəqlə forma və məzmun baxımından, eləcə də bütün o fikirlərin ifadə olunması baxımından bir nümunədir və ona görə də Məclisin rəhbərliyinə, aparata təşəkkürümü bildirirəm. Bu kimi müraciət-bizə ünvanlanan bu məktub digər qurumlar üçün də, mərkəzi icra orqanları üçün də nümunə olmalıdır. Bu birinci növbədə seçiciyə olan, vətəndaşa olan münasibətin bir göstəricididir. Digər tərəfdən burada göstərilən məsələ altından da xətt çəkilib və vaxtilə seçicinin mənə ünvanladığı, müraciət etdiyi-burda, hökümətin yığıncağında səsləndirdiyim fikri təkrarən seçici haqlı olaraq bir də qaldırıb və bizim çıxışlarımızın bir proseduru belə müəyyənləşib ki, əgər vaxtında o fikirlərimizi çatdıra bilmiriksə, onu yazılı şəkildə təqdim edək. Əlbəttə, bu düzgün yanaşmadı çünki bütün o çıxışların hamısı burada səslənə bilməz, elə yazılı olmağı daha gözəldir.
Hökumətin yığıncağında bu fikri mən səsləndirmişdim. Qaradağ rayonunun Qobustan qəsəbəsində çox müasir tipli xəstəxana var və həmin xəstəxananın açılışında ölkə prezidenti cənab İlham Əliyev, eləcə də ölkənin birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyeva iştirak edib. Orda müalicə kompleksi çox yüksək səviyyədədir və aparatura baxımında da təmin olunub. Orda hemodializ xəstələrinin mualicəsi üçün müasir tipli aparatura, digər lazımi şərait üzündən 60 km yolu qət edib Şirvan şəhərinə getməlidirlər. Bununla bağlı, qeyd etdiyim kimi həm hökumətin hesabatında fikirlərimi səsləndirdim, həm də yazılı şəkildə də təqdim etdim. Eyni zamanda həmkarım Anatoli Rafayılovla birlikdə səhiyyə nazirliyinə də burdan müraciət etdik və məsələnin həllinin vacib olduğunu bildirdik.
Mən hesab edirəm ki, bir daha həmin müraciətimi təkrarən səsləndirirəm və təkrarən Səhiyyə Nazirliyindən xahiş edirəm ki, ora mütəxəssis göndərilsin. 60 km-lik məsafəni o 10-15 nəfər dializ xəstələrin eləsi var ki, həftədə 3 dəfə digər rayonlara üz tutmadan elə həmin qəsəbənin özündə müalicə alsınlar.