Deputat qaz xəttinin açılışında 

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun 59-cu məhəllə adlanan yeni yaşayış massivində sakinlərlə görüş keçirib, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi münasibətilə onları təbrik edib.

Görüşdə rayon ağsaqqalları və ziyalıları, “Azəriqaz” İB-nin regional qaz idarəsinin rəisi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, 59-cu məhəllə adlanan yaşayış massivində sakinlərin qaz xətti ilə təmin olunması ilə əlaqədar bir müddət bundan öncə millət vəkilinə müraciət olunub. Deputat da məsələnin həlli ilə əlaqədar aidiyyəti qurumlara sorğu göndərib. Qısa zamanda ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.