Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında seçicilərinin növbəti qəbulunu keçirib.
Görüş zamanı deputat vətəndaşları fərdi qaydada qəbul edib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Vətəndaşlar əsasən sosial şəraitin yaxşılaşdırılması, məişət problemləri, təhsil və işlə təminat kimi məsələlərlə müraciət ediblər.
Səsləndirilən problemlərə diqqətlə yanaşan Samir Vəliyev qeyd edib ki, qaldırılan bütün məsələlər araşdırılaraq, nəzarətdə saxlanılacaq.


