Deputat şikayətləndi - "Niyə mən ailəmlə VİP salonda gedə bilmirəm?"

“Əvvəllər biz millət vəkilləri hər hansı diplomatik tədbirə gedəndə ailəmizi apara bilirdik, onlar da VİP salondan istifadə edə bilirdilər”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 15 noyabr tarixli iclasında deputat Sabir Rüstəmxanlı deyib

“Hətta əvvəl nazir və deputat olanlar da indi VİP salondan istifadə edə bilirlər. Ailə üzvlərimiz niyə istifadə edə bilməsin. Biz VİP salonda gedirik, ailə üzvlərimiz isə digər salonda insan arasına qarışır, hər hansı problem ola bilər. İkincisi də, VİP salona gedəndə görürsən ki, orda fərqli vəzifələrdən adamlar var, bəs millət vəkilinin ailəsi niyə istifadə edə bilməsin. Digər bir məsələ, mən indi də nazir vaxtımdan olan 3 otaqlı pansionatda qalıram. Orada işlərimi görürəm. Mən orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Niyə millət vəkilləri biznesmen kimi ödəniş etsin”./bakivaxtı.az