Deputatdan hesabat

Hörmətli seçicilər, Sumqayıt -Xızı seçki dairəsi üzrə deputat seçildiyim 4 il müddətində vətəndaş qəbulu, vətəndaş müraciətləri və mətbuatda çıxışlarımla bağlı hesabatı diqqətinizə çatdırıram.

Məlumat üçün bildirək ki, bu müddət ərzində bizə ümumilikdə 1277 nəfər müraciət etmiş, onlardan 488-i yazılı, 789-u isə şifahi olmuşdur. Vətəndaşlar əsasən səhiyyə, məşğulluq, sosial müdafiə məsələləri, təhsil, məhkəmə və s. mövzularda müraciət etmişlər. Hər bir müraciətə həssaslıqla yanaşılaraq köməklik göstərilməsi üçün aidiyyəti qurumlara göndərilmiş və ya işçi qaydada əlaqə saxlanılmışdır. 

Ötən dörd il müddətində müxtəlif media vasitələrində ümumilikdə 14392 münasibət, açıqlama, müsahibə və s. tipli çıxışlar olmuşdur. Eyni zamanda Milli Məclisin plenar və komitə iclaslarında vətəndaşlarımızın müraciətləri əsasında müxtəlif dövrlərdə təkliflər irəli sürülmüş, qanunvericiliyin daha da təkmilləşdirilməsi yönündə fikirlər səsləndirilmişdir.

Qeyd: Hesabat 10.03.2020 tarixindən 29.02.2024-cü ilədək olan dövrü əhatə edir.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı