Deputatlar tətilə çıxdı

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başa çatıb.

Sabahinfo.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyası müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

Sonda sessiyaya yekun vurulub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Bununla da deputatlar tətilə çıxıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.