Deputatların müraciəti əsasında Sumqayıtda qurban sovqatı paylanılıb

İyunun 27-də Qurban bayramı münasibətilə Sumqayıt şəhərindən seçilən Milli Məclisin deputatları Hicran xanım Hüseynova və Tahir Mirkişilinin müraciəti əsasında, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının dəstəyi ilə seçicilərə, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə qurban payları çatdırıldı.

Vətəndaşların qayğısına qalmaq həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqləni