DGK sədri İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 12-də Dövlət Gömrük Komitəsinini sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Görüşdə iki ölkə arasında mal və nəqliyyat vasitələrinin buraxılış həcmləri barədə məsələlər müzakirə edilib.