DGK sədrinə iki müşavir təyin olunub

Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırova iki müşavir təyin olunub.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Bu vəzifəyə təyin olunanlar Məmmədov Əsgər Nurməmməd oğlu və Bayramov Anar Fazil oğludur.

Ə.Məmmədov bundan əvvəl Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi olub.

DGK-nin Katibliyinin rəisi vəzifəsinə isə Məmmədov Elvin Əli oğlu gətirilib.