DİN Kapital Bank müştərilərini diqqətli olmağa çağırdı

"Kapital Bank müştərilərinə gələn aldadıcı təkliflərlə bağlı  Daxili İşlər Nazirliyi tərəfindən kütləvi maarifləəndirmə işi aparılır". Bunu SABAHİNFO.AZ-a Daxili İşlər Nazirliyinin KİV və  ictimayyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, vətəndaşlar bu kimi məsələlərdə ehtiyatlı olmalıdırlar: "Diqqətə çatdırılır bank kart sahibləri heç bir halda bank adından edilən zənglərə, bildirişlərə yanaşmada ehtiyyatlı olmalıdır. Hər hansı formada bank kart məlumatları digər şəxslərə verilməməlidir. Hansısa sual yaransa, həmin bankla əlaqə saxlanılıb dəqiqləşdirilmə aparılmalıdır".