Donald Tramp həbsi ilə ABŞ tarixinə düşdü

Donald Tramp ABŞ tarixində rəsmi olaraq həbs edilən ilk eks-prezident oldu. Prosedur Atlanta şəhərinin həbsxanasında baş tutub.

Məlumata görə, Fulton dairəsinin rayon prokurorluğu onu Corciyada seçkiyə müdaxilədə ittiham edib.

Donald Tramp şəxsi təyyarəsi ilə Nyu Cersidən Atlantaya yollanıb, sonra polis müşayiəti ilə həbsxanaya gedib, həbs zamanı onun barmaq izi və fotoşəkli çəkilib.

20 dəqiqədən sonra o, 200 min dollar müqabilində azad edilib.

Hava limanına qayıdan Tramp burada mətbuat üçün bir neçə bəyanat verib.

Qanunsuz heç bir şey etmədiyini israr edən sabiq prezident iddiaları “ədalətin parodiyası” adlandırıb.