“Dostlarımızın dost olmasını istərdik” - Hikmət Hacıyev

“Dostlarımızın da öz aralarında dost olmasını istərdik”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24news” telekanalına müsahibəsində Türkiyə-İsrail münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi prosesinə öz töhfəsini verib. O, bu məqsədlər üçün diplomatiyanın ən yaxşı alət olduğunu vurğulayıb: “Azərbaycan Türkiyə və İsrail arasında dostluq və qarşılıqlı anlaşmanı görməkdən məmnundur”.