Dövlət Neft Şirkətinə yeni vitse-prezidentlər təyin edildi

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.

Prezident Ziba Tacəddin qızı Mustafayevanın SOCAR-ın vitse-prezidenrti olması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı daha bir sərəncam ilə Babək Eldəniz oğlu Hüseynovu SOCAR-ın vitse-prezidenti təyin etdi.

İlham Əliyev digər sərəncam ilə Əfqan Elçin oğli İsayevi Dövlət Neft Şirkətində vitse-prezident təyin etdi.