Dövlət Vergi Xidməti işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar imzalayıb.

Sabahinfo.az xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının işçilərinin, Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) işçilərinin, Dövlət Vergi Xidmətinin strukturuna daxil olan yerli bölmələrin işçilərinin, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin işçilərinin, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiq edilir.

Bu Qərar 2021-ci il oktyabrın 1-dən tətbiq edilir.