DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - FOTOLAR

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub.

Sabahinfo.az xəbər verir ki, iyulun 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbir keçirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak etmişlər.

Öncə mənalı ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr etmiş,  Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunmuş, Akademiyanın “Şöhrət” muzeyinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmış, Dövlət Himni səsləndirilmişdir. Ardınca məzunlara diplomların təqdim olunması mərasimi olmuşdur.