Dünyada ötən sutka koronavirusa 667 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 667 mindən çox artıb.

Sabahinfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 667 026 nəfər yeni koronavirusa yoluxub, 13 043 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 730 691, ölənlərin isə 2 880 726 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.