Əfqanıstanın eks-prezidenti ölkədən qaçma səbəbini açıqladı

Əfqanstanın keçmiş dövlət başçısı Əşrəf Qani bir il əvvəl ölkədən qaçma səbəbini açıqlayıb.

Sabahinfo.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb Taliban hərəkatının hökumətin legitimliyi haqqında sənədin ona məcbur imzalatdırmaması olub.

Qani CNN-ə müsahibəsində ölkəni heç vaxt tərk etmək fikrində olmadığını da bildirib. O həmçinin,  külli miqdarda pulla Əfqanıstandan qaçması barədə məlumatı təkzib edib.