Əksini iddia edənlər üçün: "Get güzgüyə bax"

Xaricdə əyləşib, Azərbaycan dövlət siyasətini uğurlu şəkildə aparan nüfuzlu şəxslərə qarşı qarayaxma kampaniyası aparan, adını "siyasi blogger" qoyan, əslində isə Vətən xainləri olan o şəxslər durmadan nifrət püskürür, dünyanın heç bir yerində belə şərəfsizlik yoxdur, bu hal, yalnız onların öz adına böyük biabırçılıqdır.

Azərbaycan hakimiyyəti ləyaqətli, saf, dürüst, təmiz, olduqca humanist və əxlaqlıdır, Azərbaycan xalqını da bu istiqamətdə aparır, insanlara, əsasən də yeni nəsilə, gənclərə bu üstün keyfiyyətləri aşılayır.

Əlbəttə xalqın içindən zaman-zaman nankor, qeyri-əxlaqi keyfiyyətləri özündə birləşdirən (bu bütün xalqlarda var) insanlar çıxır, belə insanlar axına əks istiqamətdə gedir, hakimiyyətə iftiralar atmaqdan belə zərrə qədər çəkinmirlər.

Xalqın xoşbəxt bu günu və gələcəyi hakimiyyətdən asılıdır, Azərbaycan hakimiyyəti bu işin öhtəsən layiqincə və artıqlamasıyla gəlir. Azərbaycan öz tarixində heç zaman bu günkü kimi ləyaqətli, güclü, humanist və şərəfli iqtidara sahib olmamışdır.

Mircalal Mehdiyev