"Ələt Azad İqtisadi Zonası Azərbaycanın açıq dənizlərə çıxış qapısıdı"

"Bayaq da çox hörmətli komitə sədri Tahir müəllim Mirkişili yenidən bütövlükdə qanunun mahiyyəti, iqtisadi səmərəsi ilə bağlı məlumat verdi, digər çıxışlarda da bu səsləndi və eyni zamanda komitəmizdə çox geniş müzakirə olundu. Xanım sədr, mən Sizə təşəkkür etmək istəyirəm ki, son vaxtlar komitələrdəki yığıncaqlar çox intensiv gedir, sözün yaxşı mənasında maraqlı tərəflərin iştirakı ilə gedir. Bu isə o deməkdir ki, qanunun müzakirəsi daha effektli olur.
Bu qanunun layihəsində də həmin çalarlar ortaya çıxdı."
Bu sözləri Milli Məclisin bu gun-mayın 27-də keçirilən iclasında "Ələt Azad İqtisadi Zonası" haqqında Qanun layihəsinin müzakirəsi zamanı çıxıs edərkən millət vəkili Aydın Hüseynov səsləndirdi.
- Deputat həmkarım Valeh Ələsgərova şəxsən təsəkkur edirəm ki, sözün əsl mənasında bütün sualları ətraflı cavablandırdı. Eyni zamanda, bilirsiniz ki, mən Qaradağ rayonunu təmsil edirəm və uzun müddət o rayonda yaşamışam. Azad İqtisadi Zona Ələt qəsəbəsində yerləşdiyi üçün Valeh müəllimin rəhbərliyi ilə əlbəttə, ölkə Prezidentinin tapşırığı ilə (ölkə prezidentinin strategiyasıdır-A.H.) və bu tapşırıq məsuliyyətlə, çox yüksək səviyyədə orda yerinə yetirilir. Hər birini biz görürük ona görə də orda o işləri həyata keçirən insanlara cox sag ol deyirik-deputat vurğuladı. Bildirdi ki, məsələnin iqtisadi mahiyyəti ilə bağlı sadəcə olaraq iki və ya üç tezis üzərində dayanacam. Azərbaycan iqtisadiyyatı çoxuna məlumdu. Regon iqtisadiyyat üçün bir daha yeni iqtisadi səmərə ilə yanaşı, bir sülh gətirir, yeni bir loqistik baxım yaradır. Və dünya üçün Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti nədən ibarətdir? Azərbaycan açıq okeanlara çıxa bilmir. Ölkə prezidentinin ən böyük siyasəti, ən böyük iqtisadi bir strategiyası ondan ibarət oldu ki, biz açıq dənizə çıxa bilmirdik, ancaq açıq dənizlər bax, bu Ələt Azad İqtisadi Zonasına gələcək. Bunun mahiyyəti, və onun gələcək ən böyük səmərəsi ondan ibarətdir.
Millət vəkili çıxısı zamanı fürsətdən istifadə edərək Ələtlə bağlı bir neçə məsələləri diqqətə çatdırdı:
"Məlumdur ki, Ələtdə, eyni zamanda yeni Bakı Dəniz Ticarət Limanı fəaliyyət göstərir. O çox müasir və yük daşıma qabiliyyətinə görə olduqca böyük bir ticarət limanıdır. Digər tərəfdən ətrafda görülən işlər yüksək tərzdə gedir. Mən hesab edirəm ki, qəsəbədə də bax, bu işlər adekvat olmalıdır. Nə mənada? Çünki orda həm dövlət neft şirkətinin, həm azad iqtisadi zona deyirik, düzdü, Azərbaycanın qanunlarından kənar bir şəkildə fəaliyyət göstərir o digər hissələrə sirayət edə bilməz. Yaxşı olar ki, sosial layihə kimi, eləcə də Dəniz Ticarət Limanı sosial layihə olaraq Ələtdəki bəzi problemlərə, yəni nəyə, hansıkı o gələcəkdə bu işlərin özünə daha təkan verəcək. Ordakı sosial infrastrukturlar məsələn, ordakı stadionu götürək; Vaxtilə Ələtdə çox böyük stadion olubdu və o stadion Azərbaycan futbol məktəbinə çox görkəmli şəxsiyyətlər, futbolçular veribdir. Bax, elə Kazbek Tuayevin özü ilkin olaraq "Ələt"də oynamağa başlayıb və Azərbaycan futboluna böyük töhfə veribdir. İndi həmin stadionun özünün bərpası gələcəkdə Azad İqtisadi Zona ilə əsas zonanı bir birinə inteqrasiyasını gücləndirəcək. Məsələn, orda Nəriman Nərimanov adına park var. Həmin parkın inşa olunması, bərpa və təmir olunması böyuk əhəmiyyət kəsb edər. Eləcə də orda çox unikal arxitekturaya malik olan mədəniyyət evi var. Bir də bilirik ki, orda Ələt- Bakı-Sumqayıt sürət qatarı da var.
Mən hesab edirəm ki, bu nəqliyyat vasitəsi orada yaşayan vətəndaşların, sakinlərin şəhərə gedib gəlməsini daha da sürətləndirəcək."
Millət vəkili çıxısı zamanı is yerləri ilə bağlı fikirlərini də səsləndirdi:
"Ən başlıca məsələlərdən biri də hesab edirəm ki, iş yerləri ilə bağlıdır. Xüsusi istedad, təhsil tələb etməyən digər işlərdə Ələt sakinlərinin orada işləməsinə daha çox üstünlük verilməlidir. Hesab edirəm ki, bu məsələləri haçansa arqumentli şəkildə səsləndirəcəm, ancaq orda bir dizbalanas var. Bu məsələlərin də öz həllini tapacağına ümid bəsləyirəm. Bütövlükdə qanun layihəsini dəstəkləyirəm və hesab edirəm ki, iqtisadiyyatimız üçün səmərəli qanun layihəsidir."

"Atributinfo.az"