Əli Əliyevə hökm oxundu - 3 il 6 ay

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə hökm Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.