Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verdi

Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

A.Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, həlak olanlara şəfa diləyib.