Əli Əsədov Rusiyanın baş nazirinə məktub göndərib

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinə ad günü münasibətilə təbrik məktubu göndərib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda M.Mişustinin Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfə qeyd olunur.

Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin səmərəli həyata keçirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Həmçinin konstruktiv dialoqun davam etdiriləcəyinə ümid ifadə edilib.