Əli Nağıyev: "Azərbaycan  regional mərkəzə çevrilməkdədir"

Ümumilli Lider Heydər Əliyevin 2002-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nı sonrakı illərdə Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi nəticəsində ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir.

Sabahinfo.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.

"Ümidvaram ki, kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “Kibermüharibə” yarışı ölkəmizin əldə etdiyi təcrübəni daha da təkmilləşdirməyə, tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsində mövcud münasibətləri inkişaf etdirməyə, gələcək əməkdaşlıq üçün yeni üfüqlər müəyyən etməyə yardımçı olacaq", - deyə o qeyd edib.