Elşad Hacıyev: "İşğaldan azad olunan ərazilər narkotik tranziti üçün istifadə olunurdu"

"İşğaldan azad olunan ərazilər narkotik tranziti üçün istifadə olunurdu".

Sabahinfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox məqamlara aydınlıq gələcək. Narkotik plantasiyalarındakı ən diqqətçəkən məqamlardan biri ərazidə gözətçi məntəqəsinin olmasıdır. Bununla terrorçular ərazini müşahidə edirdilər", - o vurğulayıb.