Elşad Həsənov vətəndaşlarla səyyar görüş keçirib

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin iştirakı ilə növbəti səyyar qəbul keçirib. Qəbul 31 saylı tam orta məktəbdə baş tutub. Görüşdə Yasamal rayon sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal sakinlərinin problem və qayğıları ilə maraqlandı və onları öz fikir və təkliflərini bildiməyə dəvət etdi.

Söz alan vətəndaşlar sənədsiz evlər, məşğulluq, qəzalı evlərin təmiri, mənzil növbəsi, binalardakı zirzəmilərin durumu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ağaclaırn budanması və digər məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.