Əminə Ağazadə bayram tədbirində

Martın 6-da Kürdəmirdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlar iştirak edirdilər. Tədbirin sonunda rayonun icra hakimiyyəti tərəfindən ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup qadına fəxri fərmanlar təqdim edildi.

Əminə Ağazadə 
Milli Məclisin deputatı