"Ən çarəsiz vəziyyətdə belə..." - Aktrisa

Aktrisa Sevinc Əliyeva paylaşımı ilə diqqət çəkib. 

Sabahinfo.az xəbər verir ki, instaqramda yeni şəklini yayımlayan sənətçi bunları yazıb:

"Optimist insan olaraq ən çarəsiz vəziyyətdə belə, daha da yaxşı olacağına əmin olub həyatıma davam eləyirəm. Hər çökəklik daha da çox güc və stimul verib həmişə. Bəlkə də məni Sevinc eyləyən də elə bu özəlliyimdir. Amma nə yalan deyim, bir az yorulmuşam".