Ərdoğan Bərzani ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd muxtariyyətinin rəhbəri Neçirvan Bərzanini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Ofisinin "Twitter" hesabında məlumat verilib.

Qeyd edək ki, görüş Bərzaninin Ankaraya səfəri çərçivəsində baş tutub.