Ərdoğan Putini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Ərdoğan seçkilərdə qələbəsi münasibətilə Vladimir Putini təbrik edib, Rusiya xalqının rifahı naminə dövlət fəaliyyətində yeni uğurlar arzulayıb.