Ərdoğan: “Ukraynadan Fələstinə qədər hər yerdə vicdanlı olmağa çalışırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında çıxışında bəyan edib ki, Türkiyə cümhuriyyəti dünyada yaranmış siyasi böhranlara vicdan və beynəlxalq qanunlar çərçivəsində yanaşır.

“Biz Ukraynadan Fələstinə qədər hər yerdə vicdanlı olmağa çalışırıq”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, Türkiyənin mövqeyi açıq və konkretdir.

“Ona görə də müharibə aparan tərəflərin etimadını qazanırıq”, - Türkiyə Prezidenti bildirib.