Ərdoğandan Novruz bayramı ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Türkiyə xalqını bayram münasibətilə təbrik edib.

"Təbiətin oyanmasından, yazın gəlişindən xəbər verən Novruz bayramı münasibəti ilə millətimizi, yurdumuzda yaşayan bütün qardaşlarımızı təbrik edirəm", - Ərdoğan qeyd edib.